Almatı şəhəri İslam mədəniyyətinin paytaxtı seçilib

Almatı şəhəri İslam mədəniyyətinin paytaxtı seçilib Bu şəhər ölkənin ən iri iqtisadi, elm və mədəniyyət mərkəzidir
Region
24 Fevral , 2015 17:04
Almatı şəhəri İslam mədəniyyətinin paytaxtı seçilib

Bakı.24 fevral. REPORT.AZ/ Qazaxıstanın Almatı şəhəri 2015-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilib.

"Report" "newskaz.ru"ya istinadən xəbər verir ki, bunu İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri "Almatı - İslam mədəniyyəti paytaxtı" adlı beynəlxalq konfransın açılış mərasimində bildirib.

Onun sözlərinə görə, Almatı Qazaxıstanın ən iri iqtisadi, elm və mədəniyyət mərkəzidir.

Bu beynəlxalq tədbir fevralın 24-də işə başlayıb. Konfransın plenar iclasına İslam Əmkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirləri, İSESKO-nun nümayəndələri, beynəlxaq təşkilatların təmsilçiləri və dini liderlər dəvət edilib.

Tədbirin təşkilatçıları Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi, Qazax Mədəni-elmi-Araşdırma İnsitutu və Almatı şəhər hökumətidir.

Xatırladaq ki, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı olub.

Son xəbərlər

Orphus sistemi