​Almaniyanın Türkiyədəki səfiri XİN-ə çağırılıb

​Almaniyanın Türkiyədəki səfiri XİN-ə çağırılıb Səfirdən Almaniya parlamentinin qondarma "erməni soyqırımı"nın tanınmasına dair qəbul etdiyi qətnaməyə görə izahat istənilib və nota verilib
Region
2 İyun , 2016 17:11
​Almaniyanın Türkiyədəki səfiri XİN-ə çağırılıb

Bakı. 2 iyun. REPORT.AZ/ Almaniyanın Ankaradakı səfiri Martin Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. 

"Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Səfirdən Almaniya parlamentinin qondarma "erməni soyqırımı"nın tanınmasına dair qəbul etdiyi qətnaməyə görə izahat istənilib və nota verilib. 

Qeyd edək ki, bu gün Almaniya parlamenti qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.

Qətnaməni parlamentdə deputatları çoxluq təşkil edən qrup - kansler Angela Merkelin Siyasi Partiyalar İttifaqı və Almaniyanın Sosial Demokrat Partiyası, eləcə də "Yaşıllar" Partiyası təqdim edib.

Qətnamədə həmçinin Almaniya hökumətinin tarixi hadisələrə görə məsuliyyətini tanıması, eləcə də 1915-ci il hadisələrini "soyqırım" kimi tanıması əks olunub.

Son xəbərlər

Orphus sistemi