Almaniyanın müdafiə naziri "İncirlik" hərbi bazasını ziyarət edəcək

Almaniyanın müdafiə naziri "İncirlik" hərbi bazasını ziyarət edəcək Ursula fon der Lyayen Türkiyəyə səfəri iyunun 31-də gerçəkləşəcək
Region
29 İyun , 2016 21:00
Almaniyanın müdafiə naziri İncirlik hərbi bazasını ziyarət edəcək

Bakı. 29 iyun. REPORT.AZ/ Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen iyunun 31-də Türkiyəyə səfər edəcək. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.  

Məlumata görə, səfərdə məqsəd "İncirlik" hərbi bazasını ziyarət etməkdir.  

"Mən cümə günü "İncirlik" hərbi bazasına gedəcəyəm", - deyə Ursula fon der Lyayen vurğulayıb.  

Agentliyin məlumatında həmçinin qeyd olunub ki, Almaniya və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub. Ursula fon der Lyayen Fikri Işıka İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında törədilmiş terror aktları ilə əlaqədar başsağlığı verib və Almaniyanın terrorizmlə mübarizədə Türkiyənin yanında olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi