Almaniya XİN başçısı: "Bu, İranla əməkdaşlığın genişləndirilməsinə zəmin yaradır"

Almaniya XİN başçısı: "Bu, İranla əməkdaşlığın genişləndirilməsinə zəmin yaradır" Ştaynmayer İranı qonşu ölkələrlə münasibətlərdə fikir ayrılığını aradan qaldırmağa çağırıb
Region
19 Yanvar , 2016 16:06
Almaniya XİN başçısı: Bu, İranla əməkdaşlığın genişləndirilməsinə zəmin yaradır

Bakı. 19 yanvar. REPORT.AZ/ "İran nüvə proqramı ilə bağlı saziş üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bu, İranla əməkdaşlığın genişləndirilməsinə zəmin yaradır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Berlində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, yeni bir başlanğıcdır. Ştaynmayer həmçinin İranı qonşu ölkələrlə münasibətlərdə fikir ayrılığını aradan qaldırmağa çağırıb. XİN başçısı qeyd edib ki, məhz bu məsələdəki hərəkətləri İranın əməkdaşlığa nə dərəcədə hazır olduğunu göstərəcək.

Son xəbərlər

Orphus sistemi