Bakı.8 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə İrəvana səfəri gözlənilir.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.
"Rusiya prezidenti İrəvanda keçiriləcək "erməni soyqırım"ına həsr olunan tədbirlərə qatılmaq üçün yaxın günlərdə Ermənistana səfər edəcək", - E.Nalbandyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada keçirdiyi görüşdə vurğulayıb.
O, qeyd edib ki, rəsmi İrəvan Rusiya və Ermənistanın dövlət başçılarının "mayda Moskvada görüşəcəklərinə də ümidvardır".