Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin baş naziri səlahiyyətlərini icra edən, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu arasında ölkədə koalisiya hökumətinin qurulması üçün danışıqlar başlayıb.
"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, Türkiyə Nazirlər Kabinetinin binasında baş tutan görüş mətbuata qapalı keçirilir. Görüşdə AKP-dən mədəniyyət və turizm naziri Ömer Çelik, CHP-dən isə partiya sədrinin müavini və sözçüsü Haluk Koç da iştirak edir.
Məlumatda hər iki liderin görüşdən birlikdə şam edəcəyi də bildirilir.