AKP Səadət Partiyası ilə seçki ittifaqı yaratmaq istəyir

AKP Səadət Partiyası ilə seçki ittifaqı yaratmaq istəyir İki partiya arasında danışıqlar gedir
Region
31 Avqust , 2015 13:52
AKP Səadət Partiyası ilə seçki ittifaqı yaratmaq istəyir

Bakı. 31 avqust. REPORT.AZ/ "Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndələri ilə Səadət Partiyasının (SP) təmsilçiləri tez-tez görüşürlər və ciddi müzakirələr aparırlar".

"Report" xəbər verir ki, bu haqda Türkiyədə çıxan, AKP-yə yaxın "Vahdet" qəzeti məlumat yayıb. 

Qəzet yazıb ki, AKP təkbaşına iqtidara gələ bilməyəcəyindən narahatdır. Ona görə də AKP-nin Səadət Partiyası ilə ittifaq yaratması ideyası meydana çıxıb. Xəbərə görə, hakim partiyadan Mustafa Şentopla SP-nin sədri Oğuzhan Asiltürk görüşüb. 

Yazıda qeyd olunub ki, SP-nin keçmiş sədri Rəcai Kutan AKP ilə görüşlərin keçirilməsinə vasitəçilik edir. Ancaq son qərarı partiyanın sədri Oğuzhan Asıltürk verəcək. Hər iki tərəfdə ittifaqın yaradılmasına tərəfdar olanlar var. 

Yazıda bildirilib ki, avqustun 27-də partiyanın Ali Məşvərət Şurasında gündəlikdəki əsas məsələ AKP-SP ittifaqının yaradılması olub. 

Məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da məlumatlandırıldığı bildirilib.

Son xəbərlər

Orphus sistemi