​AKP-dən olan millət vəkilinin avtomobili qəzaya düşüb, 5 nəfər xəsarət alıb - FOTO

​AKP-dən olan millət vəkilinin avtomobili qəzaya düşüb, 5 nəfər xəsarət alıb - FOTO Hadisə Qaziantep-Şanlıurfa avtomobil yolunun 35-ci kilometrliyində baş verib
Region
12 Avqust , 2016 17:06
​AKP-dən olan millət vəkilinin avtomobili qəzaya düşüb, 5 nəfər xəsarət alıb - FOTO

Bakı. 12 avqust. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili Abdulkadir Yüksel avtomobil qəzası keçirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Qaziantep-Şanlıurfa avtomobil yolunun 35-ci kilometrliyində, Nizip rayonu ərazisində baş verib. A.Yükselin avtomobili yük maşını ilə toqquşub. Nəticədə millət vəkili, onun sürcüsü, avtomobildəki daha iki nəfər və yük maşınının sürücüsü xəsarət alıb.

Qeyd edək ki, A.Yüksel Qaziantep şəhərindən millət vəkili seçilib. 

FOTO: NTV

Son xəbərlər

Orphus sistemi