​AKP-dən olan keçmiş millət vəkili və İngiltərənin fəxri konsulu saxlanılıb

​AKP-dən olan keçmiş millət vəkili və İngiltərənin fəxri konsulu saxlanılıb Kayseridə FETÖ-ya qarşı keçirilmiş əməliyyat nəticəsində yüzlərlə iş adamı həbs edilib
Region
10 Avqust , 2016 13:10
​AKP-dən olan keçmiş millət vəkili və İngiltərənin fəxri konsulu saxlanılıb

Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin Kayseri şəhərində Fətullahçı terror təşkilatına (FETÖ) qarşı keçirilən istintaq-əməliyyat tədbirləri çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan keçmiş millət vəkili Əhməd Öksüz də saxlanılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, AKP-dən 2014-cü il martın 30-da istefa verib.

Qeyd edək ki, bu gün saxlanılan iş adamları arasında keçmiş millət vəkili ilə yanaşı,  2014-cü il aprelin 17-də AKP-dən istefa vermiş, partiyanın Kayseri əyalət təşkilatının sədri Ömər Dengiz və yerli Ticarət Palatasının başçısı, İngiltərənin Kayseridək fəxri konsulu Mahmut Hiçyılmaz da var.  

Son xəbərlər

Orphus sistemi