Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İrəvanda səfərdədir

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İrəvanda səfərdədir Herbert Zalber Ermənistan XİN rəhbəri ilə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyəti müzakirə edib
Region
9 Fevral , 2015 15:09
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İrəvanda səfərdədir

Bakı. 9 fevral. REPORT.AZ/ Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Aİ xüsusi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT MQ həmsədrlərinin səylərini dəstəklədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi