​Aİ-nin ali komissarı: "İran bölgədə yeni mövqe əldə edə bilər"

​Aİ-nin ali komissarı: "İran bölgədə yeni mövqe əldə edə bilər" Federika Mogerini: "Başlıca məqsədim İranın nüvə proqramı ilə bağlı danışıqların uğurla başa çatmasını təşviq etməkdir"
Region
29 Aprel , 2015 15:20
​Aİ-nin ali komissarı: İran bölgədə yeni mövqe əldə edə bilər

Bakı. 29 aprel. REPORT.AZ/ "Tehran atom silahına sahib olmayacağı barədə təminat verərsə, İran bölgədə yeni mövqe əldə edə bilər".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini bildirib.

Ali komissar deyib ki, Avropa İttifaqının əsas məqsədi İranın nüvə proqramı ilə bağlı danışıqların uğurla başa çatması və tərəflərin yekun sənədi hazırlamasıdır: "İyunun sonunadək yekun sənəd üzərində işləri yekunlaşdırmaq üçün çox güman ki, mən bütün maddələri gözdən keçirməliyəm".

F.Mogerini Nyo-Yorka səfəri çərçivəsində İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerri ilə görüşəcək.

F.Mogerini bildirib ki, başlıca məqsədi İranın nüvə proqramı ilə bağlı danışıqları uğurla başa çatmasını təşviq etməkdir: "Atom silahı əldə etməyəcəyi haqda təminat verərəsə, İran bölgədə yeni mövqe qazana bilər".

Avropa İttifaqının rəsmisi Yəmən, Suriya, Livan kimi ölkələrdə sülhün yaranmasına Tehranın təsir edə biləcəyini söyləyib. 

Son xəbərlər

Orphus sistemi