​Avropa İttifaqının komissarı: "Türkiyəyə verilən vəd vaxtında yerinə yetirilməlidir"

​Avropa İttifaqının komissarı: "Türkiyəyə verilən vəd vaxtında yerinə yetirilməlidir" İsveçin daxili işlər naziri Türkiyənin bu quruma qəbul olunmasını dəstəklədiyini bildirib
Region
1 Dekabr , 2015 11:12
​Avropa İttifaqının komissarı: Türkiyəyə verilən vəd vaxtında yerinə yetirilməlidir

Bakı. 1 dekabr. REPORT.AZ/ "Qaçqın böhranının həllində Avropa İttifaqının Türkiyəyə, Türkiyənin də Avropa İttifaqına ehtiyacı var".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) qaçqınlar, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dmitris Avramopoulos bildirib.

O vurğulayıb ki, Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv olunması ilə bağlı verilən vəd vaxtında yerinə yetirilməlidir.

"Türkiyə də verdiyi sözə əməl etməlidir. Türkiyədə 2 milyondan çox qaçqın var. Türkiyəyə veriləcək 3 milyard avro həmin qaçqınlara sərf ediləcək",- deyə o, vurğulayıb.

Aİ komissarı Türkiyənin insan alverinə qarşı mübarizədə əhəmiyyətli rolundan da danışıb.

İsveçin daxili işlər naziri Anders Ygeman da qaçqınlar məsələsində Aİ ilə rəsmi Ankaranın razılıq əldə etməsinin önəmli olduğunu vurğulayaraq, Türkiyənin bu quruma qəbul olunmasını dəstəklədiyini bildirib.

Qeyd edək ki, razılaşamaya əsasən, Avropa İttifaqı 2016-cı ilin oktyabrından Türkiyə ilə viza rejimini ləğv edəcək.

Son xəbərlər

Orphus sistemi