​Aİ komissarı: "Nüvə razılaşmasının İranın raket proqramına aidiyyəti yoxdur"

​Aİ komissarı: "Nüvə razılaşmasının İranın raket proqramına aidiyyəti yoxdur" Federika Mogerini: "İslam Respublikasına yalnız insan haqları ilə bağlı tətbiq edilən sanksiyalar qüvvədədir"
Region
16 Aprel , 2016 15:13
​Aİ komissarı: Nüvə razılaşmasının İranın raket proqramına aidiyyəti yoxdur

Bakı. 16 aprel. REPORT.AZ/ Nüvə probleminə dair razılaşmanın İranın raket proqramı ilə əlaqəsi yoxdur. "Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra Tehranda keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Avropa İttifaqı atom problemi ilə bağlı razılaşmanın icrasına başlamaq məqsədilə bu il yanvarın 16-dan İrana qarşı sanksiyaların hamısını ləğv edib. Yalnız insan haqları ilə bağlı İslam Respublikasına tətbiq edilən sanksiya qüvvədədir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqının Tehranda nümayəndəliyinin açılması məsələsi də səfər çərçivəsində müzakirə olunub.

Avropalı qonaq İran parlamentinin sədri Əli Laricani, Milli Təhlükəsizlik Şurasının katibi Əli Çəmxani, İran Məsləhət Şurasını başçısı, ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xameneinin xarici siyasət üzrə müşaviri, keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti ilə də görüşüb. 

Son xəbərlər

Orphus sistemi