Avropa İttifaqının ali nümayəndəsi Türkiyəyə səfər edəcək

Avropa İttifaqının ali nümayəndəsi Türkiyəyə səfər edəcək Türkiyənin Aİ-yə daxil olma perspektivləri, İraq və Suriyadakı vəziyyət müzakirə olunacaq
Region
5 Dekabr , 2014 16:57
Avropa İttifaqının ali nümayəndəsi Türkiyəyə səfər edəcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini dekabrın 8-9-da Türkiyəyə rəsmi səfər edəcək. 

"Report" Aİ mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər zamanı F.Moqerinini Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yoxannes Xan və humanitar yardım üzrə komissarı Xristos Stilianides müşayiət edəcəklər. 

Səfər çərçivəsində Türkiyə və Aİ arasında əməkdaşlığın inkişaf məsələləri, Türkiyənin bu quruma daxil olma perspektivləri, İraq və Suriyadakı vəziyyət müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi