"Aeroflot" Türkiyəyə bilet satışını dayandırıb

"Aeroflot" Türkiyəyə bilet satışını dayandırıb Amma Türkiyədən edilən uçuşlar üçün bilet satışları həyata keçirilir
Region
20 İyul , 2016 11:46
Aeroflot Türkiyəyə bilet satışını dayandırıb

Bakı. 20 iyul. REPORT.AZ/ Rusiya aviasiyasının ölkə vətəndaşlarının Türkiyəyə uçmasına qadağa qoyması ilə əlaqədar "Aeroflot" İstanbul və Antalyaya aviabiletlərin satışını və yenilənməsini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Amma Türkiyədən edilən uçuşlar üçün bilet satışları həyata keçirilir.

"Bilet satışına tənzimləyici orqanın qadağasının aradan qaldırılmasından sonra başlanılacaq", - şirkətin press-relizində deyilir.

Son xəbərlər

Orphus sistemi