​AEBA təmsilçiləri İrana səfər edəcək

​AEBA təmsilçiləri İrana səfər edəcək Yukiya Amano rəsmi Tehrandan bütün mübahisəli suallara cavabları sürətləndirməyə çağırmışdı
Region
4 Mart , 2015 16:10
​AEBA təmsilçiləri İrana səfər edəcək

Bakı. 4 mart. REPORT.AZ/ Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) İran arasında danışıqların yeni mərhələsi martın 9-da Tehranda keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Bu məqsədlə agentliyin təmsilçiləri İslam Respublikasına gedəcək.

Qurumun baş direktorunun müavini Tero Varyoranta nümayəndə heyətinə başçılıq edəcək.

Xatırladaq ki, AEBA-nın baş direktoru Yukiya Amano İrandan nüvə proqramı ilə bağlı bütün mübahisəli suallara cavabları sürətləndirməyə çağırmışdı.

Son xəbərlər

Orphus sistemi