Acariya hökumət başçısı istefa verib

Acariya hökumət başçısı istefa verib Arçil Xabadze 2012-ci il oktyabrın 30-dan Acariya hökumət başçısı vəzifəsində çalışır
Region
6 İyul , 2016 14:20
Acariya hökumət başçısı istefa verib

Bakı. 6 iyul. REPORT.AZ/ Gürcüstanın Acariya Muxtar Respublikasının hökumət nümayəndəsi Arçil Xabadze istefa verib.

Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir. 

"Siyasi komandamızla məsləhətləşmələr əsasında dördillik fəaliyyətdən sonra Acariya Muxtar Respublikasının hökumət başçısı vəzifəsindən getməyimi qərara aldıq. Mən yeni ampluada ölkə və regiona xidməti davam etdirəcəyəm. Bu postdan getdikdən sonra "Gürcü arzusu" komandası ilə birgə seçkiqabağı proseslərdə fəal iştirak edəcəyəm", - A.Xabadze bildirib. 

Qeyd edək ki, A.Xabadze 2012-ci il oktyabrın 30-dan Acariya hökumət başçısı vəzifəsində çalışır. 

Son xəbərlər

Orphus sistemi