ABŞ-la PKK terror təşkilatı arasında gizli görüşlər keçirildiyi məlum olub

ABŞ-la PKK terror təşkilatı arasında gizli görüşlər keçirildiyi məlum olub PKK təmsilçisi: "Vaşinqton Türkiyənin siyasətini dəstəkləyərsə, kürdləri itirəcək"
Region
17 Avqust , 2015 12:14
ABŞ-la PKK terror təşkilatı arasında gizli görüşlər keçirildiyi məlum olub

Bakı. 17 avqust. REPORT.AZ/ ABŞ rəsmiləri ilə PKK terror təşkilatının təmsilçiləri arasında gizli görüşlər keçirilir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın "Daily Telegraph" qəzeti yazıb.

Bu, qəzetin terrorçu təşkilatın liderlərindən Cəmil Bayıkla müsahibəsindən sonra məlum olub.

C.Bayık qəzetə bildirib ki, onlar ABŞ-la qarşılıqlı mesajlaşır, toplantılar keçirir, məktublaşırlar: "Bu əlaqələrin inkişaf etməsi də mümkündür. ABŞ-ın Türkiyə ilə aramızda vasitəçilik etməsi də vacibdir. Bizə bununla bağlı təminat verilərsə, o zaman üzərimizə düşən missiyanı yerinə yetirərik. Ancaq təminat verilməzsə, birtərəfli addım da atmayacağıq. Əgər ABŞ Türkiyənin siyasətini dəstəkləyərsə, kürdləri itirəcək. ABŞ kürdləri itirərsə, onda "İŞİD"in məğlubiyyəti çətinləşəcək". 

Son xəbərlər

Orphus sistemi