ABŞ və İran XİN başçıları beynəlxalq mükafata layiq görülüb

ABŞ və İran XİN başçıları beynəlxalq mükafata layiq görülüb Bu mükafat beynəlxalq münasibətlərin yaxşılaşdırılmasında əməyi olanlara verilir
Region
25 Oktyabr , 2016 12:27
ABŞ və İran XİN başçıları beynəlxalq mükafata layiq görülüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Chatham House" mükafatına layiq görülüblər.

"Report" xəbər verir ki, bu barədə Londonda yerləşən Beynəlxalq İşlər üzrə Kral İnstitutunun ("Royal Institute of International Affairs") saytı məlumat yayıb.

Məlumata görə, bu mükafat bir il əvvəl (2015-ci ildə) beynəlxalq münasibətlərin yaxşılaşdırılmasında əməyi olanara verilib.

Amerikalı və iranlı diplomatlar da İngiltərə İnstitutunun mükafatına İranın atom probleminin həlli ilə bağlı göstərdikləri səyə görə layiq görülüblər. 

Son xəbərlər

Orphus sistemi