Bakı. 2 mart. REPORT.AZ/ Pentaqon nümayəndələri Türkiyə hökuməti ilə 682,9 milyon dollar məbləğində idarə olunan aviasiya bombasının alınmasına dair saziş imzalayıb.
"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən "Defense news" məlumat yayıb.
Tədarük silah ixracı proqramı üzrə həyata keçiriləcək. İxracatçı qismində "Ellwood National Forge" və "General Dynamics Ordnance & Tactical Systems" şirkətləri çıxış edəcək.
Qeyd edək ki, Türkiyə rəhbərliyi alqı-satqının 2020-ci ilə qədər yekunlaşacağını gözləyir.