​ABŞ Türkiyəyə 6 qırıcı və 300 hərbçi göndərib

​ABŞ Türkiyəyə 6 qırıcı və 300 hərbçi göndərib Təyyarələr "İncirlik" aviabazasına eniş edib
Region
9 Avqust , 2015 21:17
​ABŞ Türkiyəyə 6 qırıcı və 300 hərbçi göndərib

Bakı. 9 Avqust. REPORT.AZ/ Amerikaya məxsus altı F16 qırıcı təyyarəsi bu gün Türkiyənin cənubunda yerləşən "İncirlik" aviabazasına eniş edib.

"Report" "BGN News"a istinadən xəbər verir ki, ABŞ-ın NATO yanında missiyasının məlumatına görə, "qırıcılar "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına qarşı hərbi əməliyyatlara dəstək üçün göndərilib.

Bundan əlavə, Türkiyəyə 300 Amerika hərbçisi də gəlib.

Cari ilin iyul ayında rəsmi Ankara öz hərbi-hava bazalarını ABŞ-ın rəhbərliyi altında İŞİD-lə mübarizə aparan koalisiya qüvvələrinin ixtiyarına verməyə razılaşıb.

Son xəbərlər

Orphus sistemi