ABŞ Senatının Təxsisatlar Komitəsi Ermənistana 24 milyon dollar həcmində yardım göstərilməsini təsdiq edib

ABŞ Senatının Təxsisatlar Komitəsi Ermənistana 24 milyon dollar həcmində yardım göstərilməsini təsdiq edib Qanun layihəsi, həmçinin Ermənistanda sığınacaq tapan suriyalı qaçqınlara yardımı da nəzərdə tutur
Region
13 İyul , 2016 12:54
ABŞ Senatının Təxsisatlar Komitəsi Ermənistana 24 milyon dollar həcmində yardım göstərilməsini təsdiq edib

Bakı. 13 iyul. REPORT.AZ/ ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi dövlət proqramı, xarici əməliyyatlar və əlaqəli proqramlar üzrə 2017-ci maliyyə ili üçün qanun layihəsini təsdiq edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, qanun layihəsi Ermənistana maliyyə yardımı təmin edilməsini də nəzərdə tutur.

Sənədə əsasən, senat Ermənistana 24,1 milyon dollar məbləğində qeyri-hərbi yardım göstərilməsini təsdiq edib.

Ermənistan KİV-nin məlumatına görə, qanun layihəsi, həmçinin Ermənistanda sığınacaq tapan suriyalı qaçqınlara yardımı da nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi