​ABŞ Senatının Komitəsi separatçı Dağlıq Qarabağ rejiminə yenidən maliyyə yardımı ayrılmasını təsdiqləyib

​ABŞ Senatının Komitəsi separatçı Dağlıq Qarabağ rejiminə yenidən maliyyə yardımı ayrılmasını təsdiqləyib ABŞ Senatının Təxsisatlar Komitəsi 2016-cı maliyyə ili üçün xarici yardım layihəsini təsdiq edib
Region
10 İyul , 2015 12:04
​ABŞ Senatının Komitəsi separatçı Dağlıq Qarabağ rejiminə yenidən maliyyə yardımı ayrılmasını təsdiqləyib

Bakı. 10 iyul. REPORT.AZ/ ABŞ Senatının Təsisatlar Komitəsi 2016-cı maliyyə ili üçün xarici yardım layihəsini təsdiq edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, 2016-ci ildə ABŞ Azərbaycan və Ermənistana xarici hərbi maliyyələşdirmə xətti ilə 1,7 mln dollar həcmində hərbi yardım edəcək. Bundan əlavə, 600 min dollar isə Beynəlxalq hərbi təhsil-təlim xətti ilə ayrılacağı gözlənilir.

Qeyri-hərbi yardım qismində Azərbaycana 8,8 milyon ABŞ dolları, Gürcüstana 54 milyon, Ermənistana isə 20,1 milyon dollar ayrılması planlaşdırılır.

Senat, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa da əvvəlki illərdəki həcmdə yardım ayrılmasını tövsiyə edib.  

Son xəbərlər

Orphus sistemi