​ABŞ Rusiyanın iki rəsmisini ölkədən çıxarıb

​ABŞ Rusiyanın iki rəsmisini ölkədən çıxarıb ABŞ Dövlət Departamentinin təmsilçisi Con Kibri məsələnin təfərrüatından danışmayıb
Region
9 İyul , 2016 00:16
​ABŞ Rusiyanın iki rəsmisini ölkədən çıxarıb

Bakı. 8 iyul. REPORT.AZ/ "Moskvadakı diplomatına hücumdan sonra ABŞ Rusiyanın iki rəsmisini ölkədən çıxarıb".

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin təmsilçisi Con Kibri mətbuat konfransında bildirib. O, məsələnin təfərrüatında danışmaqdan yayınsa da, rusiyalıların bu il iyunun 17-də ABŞ-dan çıxarıldığını vurğulayıb.

Qeyd edək ki, "Washington Post" hadisə ilə bağlı informasiyanı iyunun 29-da yayıb.

Məlumata görə, iyunun 6-da amerikalı diplomat ABŞ-ın Moskvadakı səfirliyinin binasına daxil olmaq istəyərkən, döyülüb və çiyni sındırılıb.

Rusiya Xarici İşlər Nazirlyinin təmsilçisi bu hadisənin həqiqətə uyğun olmadığını bildirib.

ABŞ Dövlət Departamenti də öz növbəsində rusiyalı həmkarlarının bəyanatının reallıqdan uzaq olduğunu vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi