​ABŞ Rusiya Federasiya Şurasının spikerinə viza verməkdən imtina edib

​ABŞ Rusiya Federasiya Şurasının spikerinə viza verməkdən imtina edib Matvienko Birləşmiş Ştatların sanksiya siyahısına daxil edilib
Region
25 Avqust , 2015 00:20
​ABŞ Rusiya Federasiya Şurasının spikerinə viza verməkdən imtina edib

Bakı. 25 Avqust. REPORT.AZ/ Birləşmiş Ştatlar Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkoya viza verməkdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə öz Twitter səhifəsində jurnalist Dmitri Smirnov yazıb.

"ABŞ Valentina Matvienkoya viza verməkdən imtina edib. Federasiya Şurasının spikeri Nyu-Yorkda parlamentlərarası ittifaqda çıxış etməli idi", - deyə o bildirib.

Məlum olduğu kimi, Matvienko ABŞ-ın 2014-cü ilin martında Ukraynanın ərazi bütövlüyünün pozulmasında iştirakçı bildiyi şəxslərə qarşı qəbul etdiyi sanksiya siyahısına daxil edilib.

Spiker, həmçinin Avropa İttifaqının sanksiyaları altındadır.

Son xəbərlər

Orphus sistemi