ABŞ prezidenti “soyqırım” ifadəsi işlətməyəcək

ABŞ prezidenti “soyqırım” ifadəsi işlətməyəcək Obama ermənilərin iddiasını yenə təmin etməyəcək
Region
22 Aprel , 2016 08:22
ABŞ prezidenti “soyqırım” ifadəsi işlətməyəcək

Bakı. 22 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama 1915-ci ilə Osmanlı imperiyasında baş verən hadisələrlə bağlı illik müraciətində ermənilərin iddiasına "soyqırım" deməyəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Amerika erməni Milli Komitəsi bildirib.

İnformasiyaya əsasən, təşkilata ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının rəsmi təmsilçisi məlumat verib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama ötən il 1915-ci il aprelin 24-ü ilə bağlı erməni iddiasını "böyük faicə" adlandırmışdı.

Son xəbərlər

Orphus sistemi