​ABŞ prezidenti "erməni soyqırımı" ifadəsəni işlətməyəcək

​ABŞ prezidenti "erməni soyqırımı" ifadəsəni işlətməyəcək Ağ evin təmsilçiləri erməni komitəsinin nümayəndələri ilə görüşüb
Region
22 Aprel , 2015 09:43
​ABŞ prezidenti erməni soyqırımı ifadəsəni işlətməyəcək

Bakı. 22 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama aprelin 24-də verəcəyi bəyanatda "erməni soyqırımı" ifadəsini işlətməyəcək.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Belə ki, Ağ ev administrasiyasının başçısı Dennis Makdonou və prezidentin milli təhlükəsizlik məsələləri müşavirinin müavini Ben Rods Amerikadakı Erməni Milli Komitəsi nümayəndələrini qəbul ediblər.

Görüşdə Ağ evin təmsilçiləri erməni komitəsinin nümayəndələrinə bildiriblər ki, aprelin 24-də prezident Barak Obama "erməni soyqırımı" ifadəsini işlətməyəcək.

Son xəbərlər

Orphus sistemi