​ABŞ prezidenti Avropa İttifaqı liderləri ilə Rusiyaya qarşı sanksiyanın tətbiqini müzakirə edib

​ABŞ prezidenti Avropa İttifaqı liderləri ilə Rusiyaya qarşı sanksiyanın tətbiqini müzakirə edib Ben Rods: "Onlar sanksiyaların tətbiqinin davam etdirilməsinin vacibliyini təsdiqləyiblər"
Region
8 İyul , 2016 22:30
​ABŞ prezidenti Avropa İttifaqı liderləri ilə Rusiyaya qarşı sanksiyanın tətbiqini müzakirə edib

Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ prezidenti Bark Obama iyulun 8-də Avropa İttifaqı liderləri ilə Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdirilməsini müzakirə edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods jurnalistlərə açıqlamasında bildirib.

"Onlar Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdirilməsinin vacibliyini təsdiqləyiblər. Liderlər Rusiyanın Minsk razılaşmasından irəli gələn öhdəliklərini yerinə yetirməsini də dəstəkləyiblər", - deyə Ben Rods vurğulayıb.

Qeyd edək ki, Krımı ilhaq etdiyi və Ukraynanın şərqindəki terrorçuları dəstəklədiyi üçün Avropa İttifaqına üzv dövlətlər və ABŞ Rusiyaya qarşı sanksiya tətbiq ediblər.

Son xəbərlər

Orphus sistemi