​ABŞ mülki təyyarələrin İrana təkrar ixracına icazə verib

​ABŞ mülki təyyarələrin İrana təkrar ixracına icazə verib Təyyarələrin İran ərazisində qalma müddəti 72 saat müəyyən edilib
Region
30 İyul , 2016 06:46
​ABŞ mülki təyyarələrin İrana təkrar ixracına icazə verib

Bakı. 30 iyul. REPORT.AZ/ ABŞ-ın Maliyyə Nazirliyi mülki təyyarələrin İrana təkrar ixracına icazə verib, lakin onların sözügedən ölkədə qalma müddətini 72 saat civarında məhdudlaşdırıb və eyni zamanda təyyarələrə İrana məxsus nişanların vurulmasını qadağan edib.

"Report" xəbər verir ki, bu barədə nazirliyin cümə günü yayılan məlumatında bildirilir.

Sənəd müəyyən mülki təyyarələrin müvəqqəti qalma və müvafiq tranzaksiya üçün İrana təkrar ixracına icazə verir.

Söhbət qanadları hərəkətsiz olan Amerika mülki təyyarələri və ya dəyərinin 10 faizi ABŞ-a məxsus olan digər ölkəyə məxsus laynerlərdən gedir. Təkrar ixracı ABŞ vətəndaşı olmayan şəxslər həyata keçirə bilər.

Maliyyə Nazirliyinin qərarı ilə İrana Birləşmiş Ştatlardan tədarük olunan təyyarələrin heyət üzvlərini işə götürmək və ya işdən azad etmək, uçuşların marşrutları barədə qərar qəbul etmək, təmirə ehtiyac yarandığı zaman laynerə cüzi texniki müdaxilə etmək hüququ verilir. Lakin, bu, İrandan kənarda və İslam Respublikası ölkəsi vətəndaşlarının iştirakı olmadan həyata keçirilməlidir.

İran, həmçinin təyyarələrin qeydiyyatı yeri ola bilməz, onlar İran aviaşirkətlərinin rəmzləri ilə nişanlanmayacaq və İran yük reyslərinin numerasiyanı qəbul etməyəcək.

Təyyarələrin İran ərazisində qalma müddəti 72 saat müəyyən edilib. Sənəd İrana vintqanadlı təyyarələr, pilotsuz uçan apparat və texnologiyaların ötürülməsini qadağan edir.

Son xəbərlər

Orphus sistemi