​ABŞ-ın Türkiyədəki konsulluğuna silahlı basqın olub - YENİLƏNİB

​ABŞ-ın Türkiyədəki konsulluğuna silahlı basqın olub - YENİLƏNİB Basqın edənlərdən biri kişi, o biri qadın olub
Region
10 Avqust , 2015 10:37
​ABŞ-ın Türkiyədəki konsulluğuna silahlı basqın olub - YENİLƏNİB

Bakı. 10 avqust . REPORT.AZ/ İstanbulun Sarıyer rayonundakı ABŞ konsulluğunun binasına silahlı basqın edən qadın təslim olub. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb. Xəbərdə bildirilib ki, qadın həmin rayondakı bir evə sığınıb. Polisin keçirdiyi əməliyyat nəticəsində o, təslim olub.

Polis ərazidə əməliyyatları davam etdirir.

*** 10:10

Bakı. 10 avqust . REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı ABŞ konsulluğunun binasına naməlum şəxslər tərəfindən silahlı basqın edilib.

"Report" xəbər verir ki, bu haqda CNNTürk məlumat yayıb.

Məlumata görə, basqın edənlərdən biri kişi, digəri qadın olub.

Bölgədə genişmiqyaslı əməliyyat keçirilib. Ərazidə çoxlu sayda təcili yardım maşınlarının olduğu da bildirilir.

Silahlı basqın hadisəsindən sonra konsulluğun binasında bomba axtarışı ilə bağlı əməliyyat da keçirilib. 

Son xəbərlər

Orphus sistemi