​ABŞ-ın Qərargah Rəisləri Komitəsinin sədri Türkiyəyə səfər edəcək

​ABŞ-ın Qərargah Rəisləri Komitəsinin sədri Türkiyəyə səfər edəcək Amerikalı yüksək rütbəli hərbçi həmkarı Hulusi Akarla görüşəcək
Region
4 Yanvar , 2016 18:55
​ABŞ-ın Qərargah Rəisləri Komitəsinin sədri Türkiyəyə səfər edəcək

Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford Türkiyənin paytaxtı Ankaranı ziyarət etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə ölkənin hərbi idarəsindəki mənbələrə istinadən Türkiyə mətbuatı məlumat yayıb.

Amerikalı yüksək rütbəli hərbçi həmkarı general Hulusu Akarla görüşmək niyyətindədir.

Mətbuat Danfordun qarşıda duran səfərini İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsi ilə əlaqələndirir.

Son xəbərlər

Orphus sistemi