​ABŞ-ın Özbəkistandakı səfirliyinin binasına yandırıcı maddə olan iki qurğu atılıb

​ABŞ-ın Özbəkistandakı səfirliyinin binasına yandırıcı maddə olan iki qurğu atılıb Qurğulardan biri partlayıb
Region
29 Sentyabr , 2015 17:14
​ABŞ-ın Özbəkistandakı səfirliyinin binasına yandırıcı maddə olan iki qurğu atılıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Naməlum şəxslər ABŞ-ın Özbəkistan paytaxtı Daşkənddəki səfirliyinin binasına yandırıcı maddə olan əldədüzəltmə iki qurğu atıblar.

"Report" xəbər verir ki, bu haqda Özbəkistan KİV-i məlumat yayıb.

Xəbərə görə, qurğulardan biri partlasa da, hadisə nəticəsində xəsarət alan olmayıb.

Səfirlik fəaliyyətini davam etdirir. Diplomatik missiyanın binasında təhlükəsizlik tədbirləri gücləndirilib.

Hadisə yerində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi