ABŞ-ın Rusiyadakı səfirliyinə bomba qoyulması barədə anonim zəng edilib

ABŞ-ın Rusiyadakı səfirliyinə bomba qoyulması barədə anonim zəng edilib Səfirlik və hüquq-mühafizə orqanları məsələ ilə bağlı rəsmi münasibət bildirməyib
Region
6 Oktyabr , 2016 21:56
ABŞ-ın Rusiyadakı səfirliyinə bomba qoyulması barədə anonim zəng edilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ ABŞ-ın Rusiyanın paytaxtı Moskvadakı səfirliyinə bomba qoyulması barədə anonim zəng edilib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" paytaxtın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

"Yerli vaxtla saat 20:10-da ABŞ-ın Rusiyadakı səfirliyində partlayış təhlükəsi barədə anonim zəng daxil olub" – deyə mənbə agentliyə bildirib.

Səfirlik və hüquq-mühafizə orqanları məsələ ilə bağlı rəsmi münasibət bildirməyib

Son xəbərlər

Orphus sistemi