​ABŞ-ın kəşfiyyat idarəsi Türkiyəyə terrorla bağlı xəbərdarlıq edib

​ABŞ-ın kəşfiyyat idarəsi Türkiyəyə terrorla bağlı xəbərdarlıq edib Ölkənin 81 əyalətinin polis idarələrinə uyğun göstəriş verib
Region
10 Dekabr , 2015 12:50
​ABŞ-ın kəşfiyyat idarəsi Türkiyəyə terrorla bağlı xəbərdarlıq edib

Bakı. 10 dekabr. REPORT.AZ/ ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Türkiyə hökumətinə üç fələstinlinin rusiyalı turistlərə qarşı terror aktları törədəcəyi barədə xəbərdarlıq edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyənin Daxili İşlər Nazirilyi ölkənin 81 əyalətinin polis idarələrinə uyğun göstəriş verib.

ABŞ kəşfiyyat idarəsi bildirib ki, həmin fələstinlilər və terrorçu İŞİD-in terrorçu-intiharçısı oktyabrın 31-də Misirin Sinay yarımadasına Rusiyaya məxsus sərnişin təyyarəsinin partladılmasında iştirak ediblər. Həmin təyyarənin partladılması nəticəsində 224 nəfər həyatını itirmişdi. 

Son xəbərlər

Orphus sistemi