ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarını ehtiyatlı olmağa çağırıb Diplomatik missiya Yerevanda vəziyyətin mümkün gərginləşməsi ehtimalının qalmasıyla bağlı xəbərdarlıq edib
Region
27 İyul , 2016 10:16
ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

Bakı. 27 iyul. REPORT.AZ/ ABŞ-ın Ermənistandakı səfirliyi Yerevanın Erebuni rayonundan post-patrul xidməti alayının binasının silahlı qruplaşma tərəfindən ələ keçirilməsi hadisələri ilə bağlı öz vətəndaşlarına xəbərdarlıq edib.

"Report" səfirliyin saytına istinadən xəbər verir ki, ABŞ diplomatik missiyası silahlı qruplaşmanın binaya nəzarəti davam etdirdiyini və şəhərdə vəziyyətin mümkün gərginləşmək ehtimalının qaldığını məlumat verib.

Bununla əlaqədar səfirlik ABŞ vətəndaşlarına nümayişlərin keçirildiyi, eləcə də insan izdihamının yaşandığı yerlərə getməkdən çəkinməyi tövsiyə edib.

Xatırladaq ki, dünən polis bölməsini ələ keçirənlər nizamsız şəkildə atəş açıblar, polis də buna qarşılıq verib. Nəticədə iki qurplaşma üzvü və bir polis əməkdaşı yaralanıb.

Son xəbərlər

Orphus sistemi