ABŞ-ın dövlət katibi ilə Türkiyənin XİN başçısı arasında telefon danışığı olub

ABŞ-ın dövlət katibi ilə Türkiyənin XİN başçısı arasında telefon danışığı olub Con Kerri: "PYD" Fərat çayının şərqinə doğru çəkilməyə başlayıb"
Region
25 Avqust , 2016 12:20
ABŞ-ın dövlət katibi ilə Türkiyənin XİN başçısı arasında telefon danışığı olub

Bakı. 25 avqust. REPORT.AZ/ "PYD-YPG" (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları - "REPORT") Suriya ərazisində Fərat çayının şərqinə doğru çəkilməyə başlayıb".

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı bildirib.

Tərəflər danışıq zamanı ABŞ və Türkiyənin Suriyada terrorçu İŞİD-ə qarşı birlikdə mübarizəsinin davam edəcəyini vurğulayıblar.

Qeyd edək ki, "YPG" Fərat çayının şərqinə çəkilməklə bağlı qərarı Demokratik Suriya Qüvvələrinin (DSQ) verəcəyini bildirmişdi. DSQ PYD-YPG-nin başçılığı altında təşkil edilən qruplaşmadır. Bu qruplaşmada əsas söz sahibi PYD-YPG birliyidir. 

Son xəbərlər

Orphus sistemi