​ABŞ-ın dövlət katibi gələn həftə Gürcüstana səfər edəcək

​ABŞ-ın dövlət katibi gələn həftə Gürcüstana səfər edəcək Con Kerri Gürcüstan rəhbərliyi ilə ikitərəfli geniş əməkdaşlığa dair bir sıra məsələləri müzakirə edəcək
Region
30 İyun , 2016 10:34
​ABŞ-ın dövlət katibi gələn həftə Gürcüstana səfər edəcək

Bakı. 30 iyun. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri iyulun 6-da Gürcüstana səfər edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın ABŞ-dakı səfiri Arçil Qeqeşidza Tbilisidə "Rustavi-2" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Con Kerri Gürcüstan rəhbərliyi ilə ikitərəfli əməkdaşlığa dair bir sıra məsələləri müzakirə edəcək.

Qeyd edək ki, 2009-cu ilin yanvarında Vaşinqtonda ABŞ-la Gürcüstan arasında Strateji tərəfdaşlığa dair Xartiya imzalanıb. Həmin sənəddə təhlükəsizlik, müdafiə, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq nəzərdə tutulub. Hər il ABŞ və Gürcüstanda işçi qrupun plenar sessiyası keçirilir. Növbəti iclas iyulun 6-da Tbilisidə Con Kerri və Gürcüstanın baş naziri Georgi Kvirkaşvilinin iştirakı ilə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi