​ABŞ-ın dövlət katibi Con Kerri Rusiyaya səfər edəcək

​ABŞ-ın dövlət katibi Con Kerri Rusiyaya səfər edəcək O, Moskvada Suriya münaqişəsinin nizamlanmasını müzakirə edəcək
Region
15 Mart , 2016 23:39
​ABŞ-ın dövlət katibi Con Kerri Rusiyaya səfər edəcək

Bakı. 15 mart. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri martın 21-22-də Kubaya nəzərdə tutulan səfərdən sonra Rusiyaya gedəcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Departamentinin nümayəndəsi Con Kirbi məlumat verib.

"O əvvəlki kimi Kubaya getməyi planlaşdırır və Moskvaya səfər ondan sonrakı hansısa məqamda baş tutacaq", — deyə Kirbi söyləyib.

Kerri bundan əvvəl gələn həftə Rusiyaya səfər edəcəyini və Moskvada Suriyada münaqişənin nizamlanması məsələsini müzakirə etməyə hazırlaşdığını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi