​ABŞ Gürcüstan-Ermənistan sərhədinin gücləndirilməsinə 10 milyon dollar ayırır

​ABŞ Gürcüstan-Ermənistan sərhədinin gücləndirilməsinə 10 milyon dollar ayırır Müqavilə Gürcüstanın Tbilisi sərhəd polisi və ABŞ-ın Hərbi Təhlükələrin Azaldılması üzrə Agentliyi tərəfindən imzalanıb
Region
1 Fevral , 2016 20:06
​ABŞ Gürcüstan-Ermənistan sərhədinin gücləndirilməsinə 10 milyon dollar ayırır

Bakı. 1 fevral. REPORT.AZ/ ABŞ Gürcüstan-Ermənistan sərhədinin gücləndirilməsinə 10 milyon dollar vəsait ayırır.

"Report"un "Qazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi xəbər verir.

Müqavilə Gürcüstanın Tbilisi sərhəd polisi və ABŞ-ın Hərbi Təhlükələrin Azaldılması üzrə Agentliyi tərəfindən imzalanıb.

Müqavilə sərhədin əlavə qüllələrlə təminatını, gecə görünüşü kameraları və digər texnika ilə təchizatını nəzərdə tutur.

İlk məsələ "Kasumlo" və "Keda" sərhəd sektorlarının möhkəmləndirilməsi ilə baglıdır. 

Son xəbərlər

Orphus sistemi