ABŞ Gürcüstan sərhədçilərinə iki gəmi hədiyyə edəcək

ABŞ Gürcüstan sərhədçilərinə iki gəmi hədiyyə edəcək Sentyabrın 30-da Gürcüstan DİN-in nümayəndə heyəti ABŞ-a səfər edəcək
Region
23 Sentyabr , 2016 12:51
ABŞ Gürcüstan sərhədçilərinə iki gəmi hədiyyə edəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ ABŞ Gürcüstan Sahil Mühafizə Xidmətinin sərhəd polisinə iki gəmi hədiyyə edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyi bildirib.

Məlumata görə, ölkənin daxili işlər naziri Georgi Mqebrişvilinin ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli ilə görüşünün yekunundan sonra bu xəbər yayılıb.

Xəbərdə bildirilib ki, sentyabrın 30-da Gürcüstan DİN-in nümayəndə heyəti ABŞ-a səfər edəcək. Həmin səfər çərçivəsində Baltimorda "İsland" tipli iki gəminin Gürcüstana təhvil verilməsi ilə bağlı təntənəli tədbirin keçiriləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi