​ABŞ Ermənistandakı bir sıra proqramları maliyyələşdirməyi dayandırır

​ABŞ Ermənistandakı bir sıra proqramları maliyyələşdirməyi dayandırır USAİD-ın Ermənistan ofisinin başçısı Karen Hilliard fəaliyyətlərini davam etdirəcəklərini bildirib
Region
15 Aprel , 2015 20:07
​ABŞ Ermənistandakı bir sıra proqramları maliyyələşdirməyi dayandırır

Bakı. 15 aprel. REPORT.AZ/ ABŞ hakimiyyəti beynəlxalq aləmdəki çeşidli problemləri nəzərə alaraq, bəzi ölkələrdə, o cümlədən Avropa dövlətlərində və Ermənistanda həyata keçirdiyi proqramların maliyyələşdirilməsinin azaldılması haqda qərar qəbul edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz bu ölkənin baş naziri Ovik Abramyanla görüşdə bildirib.

Görüşdə tərəflər bir sıra regional və qarşılıqlı maraq kəsb edən məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USİAD) Ermənistandakı proqramının bağlanacağı haqda xəbər yayılmışdı. Qurumun Ermənistan ofisinin başçısı Karen Hilliard fəaliyyətlərini davam etdirəcəklərini bildirib. 

Son xəbərlər

Orphus sistemi