ABŞ dövlət katibinin müavini Türkiyədə səfərdədir

ABŞ dövlət katibinin müavini Türkiyədə səfərdədir Entoni Blinken terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə Vaşinqtonla Ankaranın əməkdaşlığını müzakirə edəcək
Region
27 Sentyabr , 2016 10:16
ABŞ dövlət katibinin müavini Türkiyədə səfərdədir

Bakı. 27 sentyabr. REPORT.AZ/ ABŞ dövlət katibinin müavini Entoni Blinken Türkiyədə səfərdədir.

"Report" ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, diplomatın səfəri sentyabrın 28-də başa çatacaq.

İnformasiyaya görə, E.Blinken səfər çərçivəsində Türkiyə rəsmiləri ilə görüşəcək, terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə Vaşinqtonla Ankaranın əməkdaşlığını, eləcə də ikitərəfli strateji əməkdaşlıq və başqa məsələləri müzakirə edəcək.

Dövlət katibinin müavinini səfərdə ABŞ prezidentinin xüsusi təmsilçisi Brett Makqurk və dövlət katibinin Avropa və Avroasiya məsələləri üzrə köməkçisi Conatan Koen müşayiət edir. 

Son xəbərlər

Orphus sistemi