​ABŞ dövlət katibinin köməkçisi İranla müqaviləni şərh edib

​ABŞ dövlət katibinin köməkçisi İranla müqaviləni şərh edib İran və ABŞ müqavilə imzalayıblar
Region
23 İyul , 2015 14:03
​ABŞ dövlət katibinin köməkçisi İranla müqaviləni şərh edib

Bakı. 23 iyul. REPORT.AZ/ "İran və ABŞ müqavilə imzalayıblar. Ən azı altı ay müddətində Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) müqavilənin bütün texniki aspektlərini dəqiqləşdirmək məqsədilə çalışacaq".

"Report"un verdiyi xəbərə görə, bu haqda mətbuat konfransında İrana qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi və ölkənin regional enerji layihələrinə qoşulmasına dair suala cavab verərkən, ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə baş köməkçisi Riçard Hoqland deyib.

Sanksiyaların ləğvi məsələsinə toxunarkən R.Hoqland bildirib ki, qiymətləndirmə rejimi sona çatmayanadək bu planda heç nə dəyişməyəcək: "Hadisələrin necə inkişaf edəcəyi sonra bəlli olacaq. Lakin iqtisadi baxımdan dəyişikliklərin olacağı birmənalıdır. Ümidvarıq ki, onlar pozitiv olacaq". 

Son xəbərlər

Orphus sistemi