​ABŞ-da "Şəhidlərimizi yad edir, terroru lənətləyirik!" şüarı altında aksiya keçirilib

​ABŞ-da "Şəhidlərimizi yad edir, terroru lənətləyirik!" şüarı altında aksiya keçirilib Aksiya iştirakçıları: "Cənab Bayden, "PYD"nın terror qruplaşması olduğunu hələ də qəbul etmirsən?"
Region
19 Fevral , 2016 10:45
​ABŞ-da Şəhidlərimizi yad edir, terroru lənətləyirik! şüarı altında aksiya keçirilib

Bakı. 19 fevral. REPORT.AZ/ "Cənab Bayden, "PYD"nın terror qruplaşması olduğunu hələ də qəbul etmirsən?"

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu, Nyu-Yorkda Türkiyənin Baş Konsulluğu qarşısında "Şəhidlərimizi yad edir, terroru lənətləyirik!" şüarı altında keçirilən aksiyanın iştirakçıları ABŞ prezidentinin müavini Co Baydenə ünvanlanan müraciətdə yer alıb.

Azərbaycanlıların da qatıldığı tədbirdə "Şəhidlər ölməz, Vətən bölünməz!", "PKK-nın kökü qazılacaq!", "PYD" PKK-dır" şüarları səslənib.

Aksiyada terror qurbanları yad edilib, onların ruhlarına dualar oxunub. Tədbir "İstiqlal marşı"nın oxunması ilə başa çatıb.

Qeyd edək ki, bir müddət öncə Co Bayden ABŞ-ın terrorçu PKK-nın Suriyadakı qolu olan "PYD"ni terrorçu təşkilat saymadığını bildirmişdi.

Xatırladaq ki, fevralın 17-də Ankarada terrorçu PKK-ya bağlı "PYD" və "YPG"nin törətdiyi terror nətcəsində 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.  

Son xəbərlər

Orphus sistemi