Abdullah Öcalanın ölüm xəbəri yayılıb

Abdullah Öcalanın ölüm xəbəri yayılıb Türkiyənin ədliyə naziri Bəkir Bozdağ məsələyə münasibət bildirib
Region
30 Oktyabr , 2014 15:49
Abdullah Öcalanın ölüm xəbəri yayılıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün sosial şəbəkələrdə PKK terror təşkilatının lideri Abdullah Öcalanın ölüm xəbəri yayılıb. "Report"un xəbərinə görə, məlumat sosial şəbəklərdə geniş müzakirələrə səbəb olub. Xəbəri yerli mətbuat da tirajlayıb.

Abdullah Öcalanın ölüm xəbərinə ilk rəsmi münasibəti isə Türkiyənin ədliyə naziri Bəkir Bozdağ bildirib. O, Twitter səhifəsində xəbərin yalan olduğunu deyib.

"Abdullah Öcalanın ölümü ilə bağlı xəbərlər tamamilə əsassızdır, uydurmadır və yalandır. Bu xəbərlər təxribat xarakteri daşıyır və qərəzlidir" - deyə, nazir səhifəsində qeyd edib.

Son xəbərlər

Orphus sistemi