Bakı. 27 oktyabr. REPORT.AZ/ 2016-cı il əvvəlki illərdə toplanan ehtiyatların xərclənməsinin sonuncu ili olacaq. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Rusiyanın maliyyə naziri Anton Siluanov Federasiya Şurasında çıxışı zamanı belə deyib.
Onun sözlərinə görə əvvəlki illərdə yaradılan ehtiyat fondunun ümumi həcmi bu il ərzində azalaraq 2,6 trilyon rubla çatacaq (40 milyard dollar).
Gələn ilin büdcə kəsiri ehtiyat fondunun hesabına qarşılanmalıdır, Rusiya naziri deyib.
"Bunların hamısı o deməkdir ki, 2016-cı il ehtiyatların xərclənməsinin sonuncu ili olacaq. Ondan sonra bizim belə ehtiyatlarımız qalmayacaq", Siluanov deyib.
Onun sözlərinə görə 2016-ci ildə neft qiymətləri indiki səviyyədə qalarsa büdcə 900 milyard rubl həcmində gəlirlərdən məhrum olacaq. "Belə risklər həqiqətən də var", deyə cənab Siluanov əlavə edib.
Gələn il büdcə kəsirinin ÜDM-in 3 faizinə bərabər olacağı nəzərdə tutulub.
Bu, 2015-ci il səviyyəsini aşmır və Avrozonadakı normalar çərçivəsindədir.