160 türk hərbçisi Şimali İraqdan çıxarılıb

160 türk hərbçisi Şimali İraqdan çıxarılıb Şimali İraqda neçə türkiyəli hərbçinin qaldığı açıqlanmır
Region
23 Dekabr , 2015 01:11
160 türk hərbçisi Şimali İraqdan çıxarılıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Şimali İraqdaki Başika düşərgəsində kürd "peşmərgələri"nin döyüş hazırlığı səviyyəsini artırmaq məqsədi ilə yerləşdirilən türkiyəli hərbçilərdən 160-ı bu gecə vətənə qayıdıb.

"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, "peşmərgələrə" "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına qarşı təlim keçən türkiyəli hərbçilərin bir qismi Türkiyə-İraq sərhədindəki "İbrahim Halil" gömrük sərhəd keçid məntəqəsindən Türkiyə ərazisinə daxil olub.

Şimali İraqda neçə türkiyəli hərbçinin qaldığı açıqlanmır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bir qrup əsgəri iki il yarımdır Mosul əyalətinin Başika rayonunda İraqın şimalındakı muxtar hökumətin silahlılarına terrorçuluğa qarşı mübarizə aparmaq üçün təlimlər keçir. Rəsmi Bağdad isə türk əsgərinin həmin ərazidən çıxmasını tələb edir.

Son xəbərlər

Orphus sistemi