Müharibə dövründə Ukraynaya girişi qadağan olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Müharibə dövründə Ukraynaya girişi qadağan olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb Ukraynada genişmiqyaslı müharibə dövründə ölkəyə buraxılmayan, girişi qadağan olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.
Region
27 Noyabr , 2023 12:43
Müharibə dövründə Ukraynaya girişi qadağan olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Ukraynada genişmiqyaslı müharibə dövründə ölkəyə buraxılmayan, girişi qadağan olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

"Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, 2022-ci ilin əvvəlindən bu ilin noyabrına qədər 706 Azərbaycan vətəndaşı ölkəyə buraxılmayıb.

Ölkəyə girişinə icazə verilməyənlərin 60 faizinə 3-5 il müddətinə, digərlərinə isə daimi qadağalar tətbiq edilib.

Ümumilikdə, ölkəyə buraxılmayan 706 nəfərin 226-sı bu il, 480 nəfəri isə ötən ilin payına düşür.

Son xəbərlər

Orphus sistemi