​Türkiyənin Yunanıstandakı konsulluğunun binasına basqın edilib

​Türkiyənin Yunanıstandakı konsulluğunun binasına basqın edilib Məlumata görə, diplomatik nümayəndəliyə hücumda təxminən 25 nəfər iştirak edib
Region
18 Dekabr , 2015 12:32
​Türkiyənin Yunanıstandakı konsulluğunun binasına basqın edilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Türkiyənin Yunanıstanın Saloniki şəhərindəki konsulluğunun binasına naməlum şəxslər 15 "Molotov kokteyli" atıblar.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, konsulluğa hücumda təxminən 25 nəfər iştirak edib.

Xəbərdə bildirilib ki, gecə saatlarında baş verən basqın nəticəsində xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi