​Türkiyənin Şırnak vilayətində terror aktı törədilib: 1 ölü, 7 yaralı

​Türkiyənin Şırnak vilayətində terror aktı törədilib: 1 ölü, 7 yaralı Hadisədə yaralananlardan üçü əsgərdir
Region
27 Avqust , 2015 19:05
​Türkiyənin Şırnak vilayətində terror aktı törədilib: 1 ölü, 7 yaralı

Bakı. 27 avqust. REPORT.AZ/ PKK terrorçuları Şırnak vilayətinin Cizrə rayonunun Nur məhəlləsindəki Cizrə qarnizonuna hücum edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələrinin cavab atəşindən sonra baş verən qarşıdurma "Dəclə Elektrik Dağıtım AŞ"nin (DEDAŞ) əməkdaşı, 39 yaşlı Məsud Sanrı həlak olub, 3 əsgər və 4 məhəllə sakini yaralanıb. Yaralılar Cizrə Dövlət Xəstəxanasına qaldırılıb.

Eyni zamanda, terrorçular hadisə yerinə gələn zirehli polis maşınına da minaatanlardan atəş açıb. Ancaq ölən və yaralanan olmayıb. Hücumun ardından qaçan terrorçuların zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyat başlayıb.

Son xəbərlər

Orphus sistemi